$ DOLAR → Alış: 5,57 / Satış: 5,60
€ EURO → Alış: 6,19 / Satış: 6,21

Demirel Kaçtı, Dudayev Yardım Etti

Demirel Kaçtı, Dudayev Yardım Etti
  • 01.08.2019
  • 93 kez okundu

Müsavat Başqanı Arif Hacılı’nın ötən il Facebook profilindən Kəlbəcər’in işğal günü ilə bağlı yazdığı statusbu il yenidən gündəmə gəlib. Belə ki, həmin faktın Türkiyə’nin TGRT kanalında Elçibəy’in xatirəsi ilə bağlı yayımlanan videoda səslənməsi bu statusda yazılanları doğrulamaqdadır. Dəmirəl, Elçibəy’ə bütün yardımları etdiyini desə də, o dönəmdə mühüm vəzifə sahibi olanlar sabiq prezidentin doğru danışmadığını bildirirlər.

Yenicag.az xəbər verir ki Başqan, Kəlbəcər ilə bağlı bunları yazıb: “Bir gün əvvəl Kəlbəcər istiqamətində uçan vertolyot (helikopter) vurulmuşdu. Vetolyotçular, Kəlbəcərə uçaraq dinc əhalini oradan çıxarmaqdan imtina edirdilər. Vəziyyəti prezident Elçibəy’ə məruzə etdim. Elçibəy, mənim yanımda Türkiyə Baş Naziri Süleyman Dəmirəl’ə telefon açaraq ondan Kəlbəcər’dən dinc əhalini çıxarmaq üçün helikopterlər istədi. Süleyman Dəmirəl belə yardım göstərməkdən imtina etdikdə Elçibəy mənə Çeçenistan prezidenti Cövhər Dudayev’lə danışmağımı tapşırdı. Mən Elçibəy’in yanında Dudayev’lə danışdım. O, vertolyotlarının az olduğunu, amma vertolyolçular (helikopterciler) göndərməyə hazır olduğunu bildirdi.

Belə vəziyyətdə Yevlax və ətraf rayonların icra başçılarına aeroporta getmək, onlarla müharibə dövrünün qanunları ilə davranmaq lazım gəlsə belə vertolyotçuları Kəlbəcər’ə uçmağa məcbur etmək, vertolyotlarla Kəlbəcər’ə uçmaq, Kəlbəcər icra hakimiyyətindən mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyi barədə məruzə etmək göstərişi verdim.

Bu prosesdə Yevlax rayon icra hakimiyyətinin başçısı Rafig Hasan xüsusi fədakarlıq göstərdi. Bir neçə saat sonra Kəlbəcərdın mənə zəng vuraraq tapşırığın yerinə yetirildiyini bildirdi. Geri qayıdarkən qəzaya uğrayıb yaralandı.

Kəlbəcərin xeyli dinc əhalisi bu vertolyotlar vasitəsi ilə xilas edildi…”

Not: Kelbecer, Azerbaycan’da bir şehir olup 2 Nisan 1993’te Ermeni çetelerince işgal edilmiştir. 2015 yılı verilerine göre nüfusu 600’dür.

Kaynak: azerinfo.az

 

Facebook ile yorum yapın:

Etiketler: Arif Hacılı / Azerbaycan / Demirel / Dudayev / Kelbecer / Müsavat

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAZ

Göndermeden önce alttaki eksik işlemi tamamlayınız. *