Ağası Hun: Dudayev Türk Olduğunu Söyledi

Ağası Hun. Peşəkar jurnalist. Çeçenistan, Osetiya, Qarabağ müharibələrinin qaranlıq üzünü çəkdiyi fotolarla, hazırladığı video reportajlarla işıqlandıran işıqlı adamdır. Bir neçə il AZTV’də reportyor kimi çalışıb. O illərdə Türkiyə’nin TGRT və TRT kanalları ilə əməkdaşlıq edib. 2001-2008’inci illər arası TRT Bakı bürosunda kameraman-müxbir kimi fəaliyyət göstərib. İndi Ankara’da yaşayır.

Vəhabilik Arəb millətçiliyidir

– Ağası bəy, uzun illərdir vətəndən uzaqlarda yaşayırsınız. Azərbaycan qürbətdən necə görsənir?

Biraz Azərbaycan dilinin durumu ilə bağlı danışmaq istərdim. Durumun heç də yaxşı olmadığını üzülərək bildirirəm. Mən son 6 ili Moldova’da yaşamışam. Moldovanlar 90’ıncı illərə kimi o qədər assimilyasiyaya məruz qalmışdı ki, dillərini unutmaq ərəfəsində idilər. Əhalinin az qala yetmiş faizi Rus dilində danışırdı. Amma Moldova müstəqil olandan sonra, bu məsələ ön plana çəkilərək, Moldovan dili möhkəmləndirildi. Rumıniya onlara çox dəstək verdi. Dilin üzərindən oyanış getdi, Moldovanlar özlərini dərk etməyə başladı. Məsələn, Moldovanlar danışarkən Rus sözləri işlədən soydaşlarına ucuz bir insan kimi baxırlar.Qürbətdə Azərbaycan televiziya kanallarını izləyirik.Ancaq hərdən yerli telekanallarımıza baxanda dəhşətə gəlirəm. Efirə çıxanlar dilimizi Rus sözləriylə zibilləyirlər. Ruslar içən millətdir, onların genefondunda əyyaşlıq var. Ancaq Rus telekanallarında spirtli içkilərin reklamı yasaqdır. Azərbaycan Müsəlman ölkəsi olmasına baxmayaraq bir də görürsən televiziya kanallarımız Rus araqlarının reklamlarını elə bəzəyirlər ki, adam mat qalır. Nifrət edir. Yəni bu televiziyalar (bir vaxtlar xarici güclərin etdiyi kimi) Azərbaycan xalqının genefondunu korlamaq üçün əllərindən gələni edirlər. Moldova televiziyalarında mən belə şeylərə rast gəlməmişəm. Dünyada ən ucuz araq Azərbaycan’dadır. İnsanlarımızı zorla içirdirlər. Mən deyərdim ki, bu, tamamilə təxribatdır. Bir tərəfdən də Vəhabilik. Vəhabiliyin Müsəlmançılıqla əlaqəsi yoxdur. Vəhabilik Arəb milliyyətçiliyidir. Digər tərəfdən də başqa dini cərəyanlar. Bütün bunlar Azərbaycan dövlətçiliyinə qarşı ciddi təhlükədir. Suriya’da döyüşən həmvətənlərimiz orda Türkmənlərə qarşı döyüşürlər. İki qardaş biri birini öldürür. Bir sıra təşkilatlar və dini cərəyanlar millətimizi zombiləşdirmək istəyir. Gənclərimizi aldadaraq ölümə göndərən təşkilatların fəaliyyət göstərilməsinə hansı məqsədlə icazə verilməkdədir? Azərbaycan xalqının təhlükəsizliyi ilə məşqul olan orqanlar hara baxırlar? Bunun bariz numunəsi Suriya’da biri birinə qarşı vuruşan Azərbaycanlılardır.

Ən amansız müharibə – Qarabağ

– Qarabağ savaşında peşəkar jurnalist kimi döyüşlərin ən qaynar nöqtələrindən reportajlar hazırladığınızı bilirəm. Bir az bu barədə danışaq.

Mən çox müharibələr görmüşəm. Dünyada ən amansız müharibə Çeçenistan müharibəsi hesab olunur. Fəqət mənimçün ən amansız və ən dəhşətli müharibə Qarabağ müharibəsidir. Çeçenistan müharibəsindən dəfələrlə dəhşətli, dəfələrlə amansız. Qarabağ’da baş verənlər Çeçenistan’da baş versəydi, bilmirəm nələr olardı. Təsəvvür edin ki, Qroznu bir neçə dəfə işğal olunsa da, əhali şəhərdə yaşamağa davam edirdi, Ruslar işğal edəndə də Çeçenlərin nəzarətində olanda da. Amma Qarabağ’da işğal edilən rayonların heç birində bir dənə də olsun sağ insan qalmırdı. Ermənilər hamını öldürürdülər. Bu, etnik təmizləmədir. Heç faşistlər Ermənilər qədər qəddar olmayıb.

Xocalı’nı dünyaya ilk çatdıran jurnalist

– Xocalı faciəsinin ilk dəfə dünyaya çatdırılmasında sizin adınız hallanır. Bu, nə dərəcədə doğrudur?

Qarabağ problemi başlayandan hadisələrin içində olmuşam. O vaxt Fevral’ın 25’i dostum İrfan Sapmaz’la danışdıq ki, gedək Qarabağ’a. O zaman Xocalı mühasirədə idi, heç bir xəbər ala bilmirdik. İrfan’ın bir video kamerası vardı. Ağdam’a gecə saat 1-2 radələrində çatdıq. Saat 3 olardı xəbər aldıq ki, Xocalı’nı yandırırlar. Xəbəri eşidən hərkəs həyəcanlandı və yardıma getmək üçün haray çəkildi. Oradan hər kəs Xocalı’ya yardıma getməyə can atırdı. Biz eləcə hamıya qoşulub Xocalı’ya tərəf qaçdıq. O yadımdadır ki, kim əlinə nə keçdi götürüb üz tuturdu Xocalı’ya tərəf. Gördüm bir neçə nəfər Xocalı’ya gedir. Amma aralarında yalnız bir nəfərdə tüfəng var. Dedim, qardaş bir tüfənglə hara gedirsiniz belə? Dedi ki, mən ölsəm, o birilər götürəcək tüfəngi. Ümumiyyətlə, bizim millətdə vətənpərvərlik hissi çox güclüdür. Səhər üzü, Qaraqaya deyilən yerə çatdıq. Orda könüllülər həm Ermənilərlə döyüşürdülər, həm də mühasirədən çıxan Xocalıları Erməni güllə-boranından qoruyurdular. Ah-vay göyə yüksəlirdi. Mühasirədən çıxanlar Ermənilər tərəfindən güllələnirdi. Təsəvvür elə ki, mühasirədən çıxan uşaqlar öz əsgərlərimizi də görüb qorxurdular. Bunlar hamısı çəkilişlərdə də görünməkdədir. Çəkiliş vaxtı kameranın batareyası bitdi. İrfan bəy də öz fotoaparatı ilə çəkirdi. Mən də başladım fotoaparatla şəkillər çəkməyə. Sonra İrfan’a dedim ki, burada dayanmağın mənası yoxdur, bunu tez Bakı’ya çatdırmaq lazımdır. Rəhmətlik Çingiz’in çəkdiyi kadrlar Xocalı faciəsindən iki gün sonra çəkilən kadrlardır. O, faciədə ölənləri çəkmişdi.

Mən o zaman AZTV’də işləyirdim. Ənvər Qafarlı sədr müavini idi. Gəldim AzTV’yə, dedim ki, Xocalı’da qırğın olub, çəkmişik, bunu tez yaymaq lazımdır. Kaseti də verdim ona. Mənə nə desə yaxşıdı? “Sən təxribatçısan, Xocalı’da qırğın filan olmayıb!”

Tez əlimi atıb kaseti aldım əlindən. O gün İrfan Sapmaz’ı yola saldıq İstanbul’a, kaset TRT kanalı vasitəsilə yayımlandı və dünyanın 50’yə yaxın ölkəsində göstərildi. Hələ o zaman Azərbaycan’da Moskva’ya tabe olan iqtidar israrla Xocalı’da heç nə olmadığını sadəcə iki nəfərin öldüyünü təkrar etidirirdilər bütün mətbuata.

– Ağası bəy, Çeçenistan Rusiya müharibəsi zamanı Cövhər Dudayevdən müsahibə almışınız, səhf etmirəmsə. Bu, necə oldu? Cövhər Dudayev, Azərbaycan və Azərbaycanlılar haqda nə düşünürdü?

Cövhər Dudayev’dən hazırladığım reportajda o belə bir fikir söylədi Azərbaycanlılar haqda: “Azərbaycan’ın mentaliteti, millətinin cəsarəti, əlverişli coğrafi şəraiti, Çeçenlərdə olsaydı, mən dünyaya hökm edərdim.”

Cövhər Dudayev, Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycan’ı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ’nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar Türklərinin “TÖRE” təşkilatının başqanı Bahauddin Etyazov – üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam. Qarabulaqlılar Rus-Qafqaz savaşında Ruslara ən çox müqavimət göstərən Türk xalqıdır. Bu gün İnquşetiya’da Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən Rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxaraq, Vaynaxların arasında əridilər. Bu zaman Qarabulaq adını Çeçen və İnquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycan’da və bir neçə Türk dilli ərazilərdə Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistan’da da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, “mənim pasportumda Çeçen yazılıb, qardaşımın pasportunda İnquş. Amma mən əslən Qarabulaq Türküyəm. Ancaq mən Türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir.”

Diqqət etsəniz, Dudayevə qədər bozqurd emblemi olmayıb Çeçenistan’da. O, hakimiyyətə gələn kimi Rus telekanallarını Çeçenistan’da ləğv elədi. Hətta Rus cizgi filmlərini də qadağan etdi. İlk dəfə insanın təhtəlşüurunu zəhərləyən 25’ci kadr haqda da danışan məhz Cövhər Dudayev oldu. O deyirdi ki, Çeçen uşaqları “donuz balası” cizgi filminə baxmalı deyil. Onun bir çıxışı heç yadımdan çıxmaz. Çeçenlərə səslənərək deyirdi: “Nədən qorxursunuz? Rus tanklarından? Mən onları kirbit kimi yandıracağam!”

Və Cövhər Dudayev bunu sübut etdi. Rus tanklarını kirbit kimi yandırdı.

– Çeçenistan’da olarkən Şamil Basayevlə görüşmüsünüz mü?

Şamil Basayev, Salman Raduyev, Hunkarpaşa İsrapilov, Zelimhan Yandarbiyev, Aslan Maskhadov, Mövladi Uduqov, Ahmat Zakayev və digər Çeçen liderlərlə yaxından tanış olmuşam. Onların hamısı ilə dəfələrlə reportaj hazırlamışam. Bir dəfə Dərbənd’də idim. Dedilər Azərbaycan sərhədinə yaxın ərazilərdə “Sadval” qruplaşması var. Azərbaycan’a qarşı nəsə planlaşdırırlar. Deyilənə görə, bu qruplaşmada Çeçenlər də var idi. Çeçenistan’a getdim, Şamil Basayev ilə söhbət zamanı bu məsələni ona çatdırdım. Bundan sonra Şamil Basayev bir bəyanat verdi: “Əgər “Sadval” Azərbaycan əleyhinə hər hansı təxribat törədərsə, bu qruplaşmanı mən özüm cəzalandıracam.” Ancaq doğrudan da bu açıqlamadan sonra həmin təxribat qruplaşmaları Azərbaycan sərhəddindən yox oldular.

– Ağası bəy, sizi çox yordum. Sonda deyəcəyiniz, eşidəcəyimiz nəsə var?

Uzun ömür, can sağlığı. Azərbaycanı sevin, yetər.

Kaynak: axar.az

 

Yazan Editör - Haz 7 2019. Kategori Gündem, İktibas, Politika, Türk İslam. Bu yazıya yapılan yorumları takip edebilirsiniz RSS 2.0. Bu yazıya yorum yapabilir ve geri izlemede bulunabilirsiniz

Yorum yaz

Göndermeden önce alttaki eksik işlemi tamamlayınız. *

Ebed Bizimdir - Kuzey Kafkasya bölgesi ağırlıklı olarak, Türk-İslam coğrafyasından özel haberler, yorumlar ve makaleler.